“Ermənistanın Aİ-yə üzvlük müzakirəsi Aİİ-dən çıxmasının başlanğıcı deməkdir” — Overçuk

DÜNYA 09 yanvar 2025, 23:56
“Rusiya Ermənistanda Aİ-yə daxil olmaq haqqında qanun layihəsinin müzakirəsini respublikanın Aİİ-dən (Avrasiya İqtisadi İttifaqı) çıxmasının başlanğıcı kimi qiymətləndirir”.

Demokrat.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.

“Biz Ermənistanda “Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında” qanun layihəsinin müzakirəsinə başlamasını Ermənistanın Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndiririk. Rusiya

Federasiyası Ermənistana qarşı iqtisadi siyasətini bu şəraiti nəzərə alaraq quracaq”, - Overçuk bildirib.

“Eyni zamanda, bu, şübhəsiz ki, Ermənistan Respublikasının suveren seçimidir", - baş nazirin müavini qeyd edib.

Xatırladaq ki, bu gün Ermənistan hökuməti Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 yanvar 2025, 21:48
Top