Dünya

“Ermənistanın Aİ-yə üzvlük müzakirəsi Aİİ-dən çıxmasının başlanğıcı deməkdir” — Overçuk

“Ermənistanın Aİ-yə üzvlük müzakirəsi Aİİ-dən çıxmasının başlanğıcı deməkdir” — Overçuk

“Rusiya Ermənistanda Aİ-yə daxil olmaq haqqında qanun layihəsinin müzakirəsini respublikanın Aİİ-dən (Avrasiya İqtisadi İttifaqı) çıxmasının başlanğıcı kimi qiymətləndirir”.

Demokrat.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.

“Biz Ermənistanda “Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında” qanun layihəsinin müzakirəsinə başlamasını Ermənistanın Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndiririk. Rusiya

Federasiyası Ermənistana qarşı iqtisadi siyasətini bu şəraiti nəzərə alaraq quracaq”, - Overçuk bildirib.

“Eyni zamanda, bu, şübhəsiz ki, Ermənistan Respublikasının suveren seçimidir", - baş nazirin müavini qeyd edib.

Xatırladaq ki, bu günErmənistan hökuməti Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib

NE
Nihadə Eyyubova