Abşeron rayonunda 1990-cı il təvəllüdlü Mayıl şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nərminəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 5 oktyabr 2024-cü ildə, səhər saat 8 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsi, yeni yaşayış massivində baş verib.
Mayıl həmin ünvanda yerləşən fərdi yaşayış evində arvadı Nərminə onlarla birlikdə yaşayan ilk evliliyindən olan 2014-cü il təvəllüdlü övladı Uğuru orta məktəbə yola salmaq üçün onları oyatmadığına görə irad bildirinb.
Mayıl həmin səbəbdən Nərminə ilə ailə daxili münaqişə zəminində aralarında yaranmış narazılıqla bağlı mübahisə etdikdə həmin mübahisə əsnasında Nərminənin üzərinə hücum edib, qəsdən əlləri ilə onun saçından tutaraq yolub, ifət nahiyəsinə yumruq zərbələri vurub.
Daha sonra Mayıl arvadının boğaz və boynundan əlləri ilə sıxıb. Sonra onun saçından dartaraq yerə yıxmaqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Mayılın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mayıl ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Nərminə ilə 2013-cü ildə ailə həyatı qurub:
“Mən Nərminə və ilk nikahından olan oğlum Uğurla birlikdə təxminən 2024-cü ilin iyul ayının sonundan Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz fərdi evdə kirayə yaşamışıq. Bizim ilk vaxtları münasibətlərimiz normal olsa da, son vaxtlar Nərminə ilə xasiyyətlərimiz tutmadığına görə münasibətlərimiz soyudu”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Nərminə hadisə günü, yəni 5 oktyabr 2024-cü ildə, təxminən səhər saat 8 radələrində oğlu Uğuru məktəbə getmək üçün oyatmadığına görə onların aralarında sözlə mübahisə düşüb: “Mübahisə vaxtı arvadım mənə cavab qaytardığına və təhqir etdiyinə görə onun üzünə bir neçə dəfə şillə zərbəsi vurdum. Mənim vurduğum şillə zərbəsi Nərminənin üzünün sol tərəfinə dəydi. Nərminənin üzərimə gəldiyini gördüm, sağ əlim ilə onun boynunun arxasından, sol əlim ilə isə sağ qolundan tutaraq sıxaraq saxladım. Daha sonra onu buraxaraq yataq otağından çıxdım və digər otağa keçdim. Bir qədər vaxt keçdikdən sonra Nərminə paltarlarını geyinərək evdən çıxdı”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mayıl 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az