Ən böyük banklar 200 min işçini ixtisar edəcək

DÜNYA 09 yanvar 2025, 21:23
Beş il ərzində ən böyük banklar 200 min işçini ixtisar edəcək. 

Demokrat.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Agentliyin məlumatına görə, belə bir tədbir süni intellektin insanlar tərəfindən yerinə yetirilən tapşırıqları öhdəsinə götürə bilməsi səbəbindən həyata keçirilə bilər.

Sorğuya əsasən, ən çox işdən çıxarılma riski ofis işi və əməliyyat bölmələri işçilərinə aiddir. 

Analitiklər süni intellektin əksər iş proseslərinin avtomatlaşdırılmasına gətirib çıxaracağını bildiriblər.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 yanvar 2025, 21:48
Top