"Realbotix" şirkəti "Melody" adlı insanabənzər robot-kompanyon hazırlayıb.
Demokrat.az xəbər verir ki, robot geniş funksionallığı və uyğunlaşma bacarığı ilə seçilir.
Onu ilk dəfə "CES 2025" elektronika sərgisində ətraflı şəkildə təqdim edəcəklər. Bu barədə "Interesting Engineering" nəşri məlumat yayıb.
"Melody" "Realbotix" şirkətinin ən mükəmməl robotu hesab olunur. O, qabaqcıl motor texnologiyası sayəsində son dərəcə təbii və axıcı hərəkət etmə qabiliyyətinə malikdir.
Nəşrdə bildirilib ki, robotun hərəkətləri üçün istifadə olunan "Dynamixel" şirkətinin P seriyalı servo mühərrikləri daha axıcı və insanabənzər hərəkətləri təmin edir. Bundan əlavə, "Melody"nin konstruksiyası yığılma və sökülmə prosesini asanlaşdırır, bu da onu hətta çamadanda daşımağa imkan verir.
"Realbotix" həmçinin, robotun "dəri texnologiyası" üzərində 20 ildən çox müddətdə işləyərək onun real dəriyə bənzər görünüş və toxunuşa malik olmasını təmin edib.
"Melody"nin digər bir xüsusiyyəti baxışları izləmə və obyektləri tanıma sistemidir. Bu, robotun gözlərinə inteqrasiya edilmiş qabaqcıl mikro kameralar sayəsində mümkün olub.
Robotun qiymətinin istehsala başladıqdan sonra təxminən 150 min ABŞ dolları olacağı bildirilir.
Jalə
Demokrat.az