"2025-ci ildə də iqtisadiyyatın bütövlükdə şaxələnməsini müşahidə edəcəyik" — Vüqar Bayramov

GÜNDƏM 09 yanvar 2025, 12:04
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib ki, əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da tənəzzülə nəzər salsaq görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır.

İqtisadi sahədə dayanıqlı inkişafı gələn illərdə də bu dinamikada saxlamaq üçün hansı işlər görülməldir? 

Bununla bağlı deputat Vüqar Bayramov Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, qeyri-neft sektorunun inkişafı təbii ki, Azərbaycan üçün prioritet məsələlərdəndir:

“Həm ümumi daxili məhsulda, həm də fiskal gəlirlərimizdə qeyri-neft sektorunun payının artırılması əsas səbəblərdəndir. 2024-ün yekunları və 2025-ci il üçün proqnozlar göstərir ki, dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payında artımlar var. Artıq büdcə gəlirlərinin yarıdan çoxu qeyri-neft sektorunun payına düşür. Təbii ki, əsas hədəflərdən biri məhz ixracatda qeyri-neft sektorunun payının artırılmasıdır. Bu da qeyri-neft ixracatının genişləndirilməsi və daha çox qeyri-neft məhsullarımızın istehsalının təşkil edilməsini aktuallaşdırır. Bu, iqtisadiyyatın şaxələnməsi və iqtisadi inkişafın dayanıqlığının təmin edilməsi baxımından vacibdir. Ona görə ki, bu istiqamətdə aparılan işlər birmənalı şəkildə Azərbaycan üçün daha dayanıqlı iqtisadi inkişaf deməkdir. Eyni zamanda iqtisadiyyatın şaxələnməsi ilə bağlı islahatlarda uğurun əldə edilməsi imkanını yaradır. Prezidentin qeyd etdiyi kimi, 2025-ci ildə də iqtisadiyyatın bütövlükdə şaxələnməsini müşahidə edəcəyik”.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 yanvar 2025, 21:48
Top