Bu şəxslər hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcəklər

SİYASƏT 07 yanvar 2025, 17:41
Xidməti uyğunsuzluğa görə buraxılmaya təqdim olunanlar hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcəklər.

Demokrat.az apa-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılmaya təqdim olunanlar hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 yanvar 2025, 17:42
Top