İlham Əliyev Çin Sədrinə başsağlığı verdi

XARİCİ SİYASƏT 07 yanvar 2025, 17:33
Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə başsağlığı məktubu göndərib.

Demokrat.az-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Sədr,

Sidzan Muxtar Rayonunun Şiqatse şəhərində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 yanvar 2025, 17:42
Top