Bakıda yeni tikiləcək 10 metro stansiyası harada yerləşəcək?

GÜNDƏM 08 yanvar 2025, 17:12
Ötən gün Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Bakı şəhərində nəqliyyat problemlərinin olduğunu, yeni layihələrin vacibliyini, tıxacların qarşısının alınması məqsədilə metropolitenin inkişaf etdiriləcəyini və bu ildən etibarən 10 yeni metrostansiyanın tikiləcəyini bildirib.

Yeniavaz.com xəbər verir ki, Prezident yeni stansiyaların yerlərinin də artıq seçildiyini deyib və bu ildən etibarən tikintiyə maliyyə ayrılacağını qeyd edib.

İnşaatçı-mühəndis Azər Axundov öz sosial şəbəkə hesabında yazıb ki, 2 ay əvvəl Prezidentə təqdim edilən sxem aktual götürülsə, bu 10 stansiyaya bənövşəyi xəttin Ağ Şəhərə kimi, yaşıl xəttin isə “Həzi Aslanov” stansiyasına kimi uzadılması daxildir:

“Yəni, bənövşəyi xətt üzrə "B4"-"B5"-"B?"-"B6"-"B7"-"B8" stansiyaları (toplam 6 stansiya), yaşıl xətt üzrə isə "Y14"-"Y15"-"Y16"-"Y17" stansiyaları (toplam 4 stansiya) tikilməlidir. "B?" stansiyası "Sahil" stansiyasına keçid kimi düşünülür, bu stansiya konseptual sxemdə olmadığı üçün "B?" olaraq qeyd etdim. Əlavə olaraq, çox güman ki, görüləcək işlərə xətlərin ayrılması, "Dərnəgül" deposunun və dönmə kameralarının tikilməsi də daxil olacaq. Rəsmi sxem və məlumat olmadığı üçün hələlik sadəcə təxmin edə bilirik”.

A.Axundov qeyd edib ki, xəritə üzərində stansiyalar təxmini belə yerləşməlidir:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top