Suares 49 yaşlı kişini intihardan çəkindirə bilib

DÜNYA 06 yanvar 2025, 00:01
Uruqvay millisinin bombardiri Luis Suares intihar etmək istəyən 49 yaşlı kişini fikrindən daşındırıb.

Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Telenoche" məlumat yayıb.

Syudad de la Kosta şəhərində kişi boynuna kəndir taxaraq ağaca dırmaşıb və özünü asacağını bildirib. Suares hadisə yerində olub və şəxsən həmin şəxsi aşağı enməyə razı salıb. Kişi bunu 18 saat ağacda qaldıqdan sonra edib.

Hazırda o, psixiatrik müayinədən keçməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top