Onlayn alış-veriş zamanı alınan mallar niyə geri qaytarılmır?

MARAQLI 07 yanvar 2025, 14:20
Son illərdə insanlarda onlayn alış-verişə maraq artıb. Onlayn alış-verişdən gələn məhsullar bəzən şəkildəki kimi olmur.

Milli.Az xəbər verir ki, bu zaman insanlar məhsulu qaytarmaq istəyəndə həmin səhifələr bundan imtina edirlər. 

Bəs bu kimi hallar necə tənzimlənir? 

Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov bildirib ki, ətəndaşlar nağd və ya köçürmə yolu ilə aldığı məhsuli 14 gün ərzində dəyişdirə, qaytara bilərlər. 

Lakin istina məhsullar var ki, onlara şamil olunmur. Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahıya həmin məhsulların dəyişdirilməsini və geri qaytarılmasını qadağan edir.

Həmin siyahını təqdim edirik:

1. Qızıl və qızıl məlumatları.

2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məlumatlar.

3. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr).

4. Parfümer-kosmetika malları.

5. Kişi, qadın və uşaq çimərlik paltarları.

6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları.

7. Məişət-kimyası malları.

8. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.).

9. Uşaq oyuncaqları.

10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları.

11. Ərzaq üçün plastmasdan hazırlanmış məlumatlar.

12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.

Qeyd edək ki, satılmış malların geri qaytarılma qaydalarının pozulmasına görə, 600 manatdan 900 manata qədər cərimə nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 yanvar 2025, 13:53
08 yanvar 2025, 12:52
Top