Bazar ertəsi Azərbaycan Prezidenti İlham Əliyev Milad günü 38 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasına görə bir daha Rusiya rəsmilərini günahlandırıb və onların cəzalandırılmasını istəyib.
Demokrat.az xəbər verir ki, bunu ABŞ-nin "Politico" nəşri bildirib.
“Əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu faciədə həlak olmasının günahı Rusiya Federasiyasının nümayəndələrinin üzərinə düşür”, - deyə nəşr Əliyevin bazar ertəsi təyyarə qəzasında həlak olan ekipajın ailə üzvləri ilə görüşündə səsləndirdiyi fikirlərdən sitat gətirib.
“Biz ədalət, günahkarların cəzalandırılmasını, tam şəffaflıq və insani davranış tələb edirik”, - deyə Azərbaycan lideri əlavə edib.
Məqalədə qeyd olunur ki, Əliyevin sərt tənqidi Rusiya-Ukrayna müharibəsində tərəf tutmayan Bakı ilə Moskva arasındakı dostluq münasibətlərində çatların olduğunu göstərir:
"Azərbaycan Moskvanın Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşlarından biridir. Avropa İttifaqı Rusiya qazından imtina etməyə çalışdığı üçün iki ölkə arasında ticarətin səviyyəsi, xüsusən də enerji sahəsində artıb.
Rusiya prezidenti Vladimir Putin Əliyevlə telefon danışığında qəzaya görə üzr istəyib. O deyib ki, qəza zamanı ərazidə hava hücumundan müdafiə vasitələri işləyirdi. Lakin Putin təyyarənin vurulmasınaa görə məsuliyyəti öz üzərinə götürməyib".
Məqalədə daha sonra bildirilir ki, üzrxahlıq Bakının Rusiyaya qarşı irəli sürdüyü üç tələbdən biridir:
"Digər iki tələb isə günahın etirafı və həm dövlətə, həm də zərərçəkənlərə təzminat ödənilməsidir.
Bazar ertəsi Əliyev yenidən Rusiya hökumət orqanlarını “insidenti ört-basdır etməyə və hadisənin necə baş verdiyinə dair absurd versiyaları müdafiə etməyə” çalışmaqda ittiham edib. Rusiyanın ilkin ehtimalına görə, qəzaya quş sürüsü səbəb olub.
Azərbaycan təyyarənin "qara qutu"larını təhlil üçün Braziliyaya göndərib və yanvarın 3-də orada ekspertlər məlumatları təhlil etməyə başlayıblar.
Mülki sərnişin təyyarəsi dekabrın 25-də Bakıdan Çeçenistan Respublikasının Qroznı şəhərinə uçurdu. Sərnişinlər partlayış səsi eşitdiklərini bildirdikdən sonra təyyarə planlaşdırılan marşrutdan yüzlərlə kilometr uzaqlaşaraq Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb, Hadisə nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb". (Bakupost.az )