Gələn il iki Günəş, iki Ay tutulması olacaq

MEDİA 28 dekabr 2024, 09:20
Gələn il iki Günəş, iki Ay tutulması olmaqla ümumilikdə dörd tutulma baş verəcək.

Bu barədə Demokrat.az-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

Məlumata görə, martın 14-ü və sentyabrın 7-də baş verəcək Ay tutulmalarının hər ikisi tam tutulma olacaq. Tam tutulma zamanı Ay bütövlükdə Yerin kölgəsindən keçir. 29 mart və 21 sentyabra təsadüf edən Günəş tutulmaları isə qismən tutulma olacaq, yəni ay Günəş diskini tamamilə örtə bilməyəcək. 2025-ci ildəki tutulmalardan yalnız biri - 7 sentyabrda baş verəcək Ay tutulması Azərbaycandan müşahidə oluna biləcək.

Martın 14-dəki ilk Ay tutulması Şimali və Cənubi Amerika, Avstraliyanın çox hissəsi, Avropanın bir hissəsi, Asiyanın şərq hissəsi, Sakit və Atlantik okeanı, Arktika və Antarktidanı əhatə edəcək. Tutulma Bakı vaxtı ilə saat 07:57-də başlayacaq və saat 14:00-da bitəcək. Ümumilikdə 6 saat davam edəcək tutulmanın maksimumu saat 10:58-də olacaq.
Ətraflı
Ad - 00:26

Sentyabrın 7-də isə ikinci Ay tutulması olacaq. Təbii hadisə əsasən Avropa, Asiya, Afrika, Avstraliyanı, Hind okeanı, Antarktidanı əhatə edəcək. Şimali Amerikanın qərbi, Cənubi Amerikanın şərqi, Sakit okean, Arktikada isə qismən və yarımkölgəli tutulma müşahidə olunacaq. Tutulma prosesi Bakı vaxtı ilə saat 19:28-də başlayacaq və 8 sentyabr 00:55-də bitəcək. Diskin tam tutulması isə 21:30-da başlayacaq və 82 dəqiqə davam edəcək.

İlin ilk Günəş tutulması isə 29 martda baş verəcək. Günəş tutulması ümumilikdə Şimali Amerikanın şimal-şərq hissəsi, Cənubi Amerikanın şimalı, Avropa, Asiyanın şimalı, Arktika, Atlantik okeanı əhatə edəcək. Tutulma Bakı vaxtı ilə saat 12:50-də başlayacaq və saat 16:43-də bitəcək.

Sonuncu tutulma hadisəsi 21 sentyabra təsadüf edir. Tutulma Avstraliyanın cənub şərq hissəsini, Sakit və Atlantik okeanı, Antarktidanı əhatə edəcək. Bakı vaxtı ilə saat 17:29-da başlayıb saat 21:53-də bitəcək tutulmanın maksimumu saat 19:41-ə uyğun gəlir.

Tutulmalar zamanı Ay, Yer və Günəş fəzada demək olar, bir düz xətt boyunca yerləşirlər. Lakin Ayın orbit müstəvisi ekliptika müstəvisi ilə cəmi 509 dərəcəlik bucaq əmələ gətirir. Bu fərqə görə biz hər ay deyil, Ay və Günəşin müəyyən konfiqurasiyasında tutulmaları müşahidə edə bilirik. Günəş tutulmasının baş verməsində isə əlavə olaraq Günəş və Ay diskinin görünən bucaq ölçüsünün eyni olması da mühüm rol oynayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top