Dünyanı gözləyən təhlükə: Yeni epidemiyalar qapıdadır?

DÜNYA 28 dekabr 2024, 21:18
Təcili Yardım mütəxəssisləri sürətlə artan əhali, urbanizasiya, ətraf mühitin dağıdılması və qloballaşmanın hər keçən gün yeni epidemiyaların ortaya çıxma ehtimalını artırdığını bildiriblər.

Demokrat.az
xəbər verir ki, Qlobal epidemiya Covid-19 pandemiyasından 4 il keçir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Covid-19 səbəbiylə təxminən 15 milyon insanın öldüyünü bildirib.

Gələcək sağlamlıq böhranlarına qarşı tədbirlər görmək məqsədilə BMT Baş Assambleyası tərəfindən “27 dekabr Beynəlxalq Epidemiyaya Hazırlıq Günü” elan edilib.

Mütəxəssislər bildirir ki, epidemiyalar təkcə insan sağlamlığına deyil, həm də ölkələrin iqtisadi və sosial quruluşuna dərindən təsir edir.

Tarix boyu epidemiyalar bəşəriyyətə dərindən təsir edib. İspan qripi, Ebola, COVID-19 və quş qripi kimi qlobal epidemiyalar təkcə səhiyyə sistemlərini deyil, həm də insanların həyatını pozub.

Mütəxəssislər qeyd edib ki, on görə də epidemiyaya hazırlığa məsrəf kimi deyil, gələcəkdə böyük itkilərin qarşısını almaq üçün investisiya kimi baxmaq lazımdır.

İqtisadi məlumatlar göstərir ki, epidemiyalara hazır olmaq uzunmüddətli perspektivdə sağlamlıq və iqtisadi böhranlara xərclənəcək resursları əhəmiyyətli dərəcədə azaldır.


Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top