Matəm günü ilə əlaqədar televiziyaların proqramında dəyişiklik olacaq — YENİLƏNDİ

MEDİA 25 dekabr 2024, 18:12
Audiovizual Şura televiziyalara xatırlatma edib.

Demokrat.az-
ın məlumatına görə, 26 dekabr tarixinin matəm günü elan olunması ilə əlaqədar Audiovizual Şura xatırladıb ki, audiovizual media subyektləri tərəfindən "Media haqqında" Azərbaycan Respublikası Qanununun matəm günlərində audiovizual yayıma dair müddəalarının (39.2-ci və 39.3-cü maddələr) tələblərinə riayət olunmalıdır.

Qeyd edək ki, sözügedən maddələr aşağıdakı müddəaları ehtiva edir:

"39.2. Audiovizual yayımın səs və təsvirinə dair keyfiyyət göstəriciləri ilə bağlı tələblər Şura tərəfindən müəyyən edilir;

39.3. Ümumxalq hüzn, Anım və matəm günlərində audiovizual yayım aşağıdakı qaydada həyata keçirilməlidir:

39.3.1. komediya və erotik filmlər, televiziya və radio viktorinaları, yumoristik, əyləncəli və ümumxalq hüzn, Anım və matəm günlərinin mahiyyətinə uyğun olmayan digər proqramlar yayımlanmamalıdır;

39.3.2. reklam yayımlanmamalıdır (Anım Günü istisna olmaqla);

39.3.3. azı hər iki saatda bir dəfə ümumxalq hüzn, Anım və matəm günü ilə bağlı məlumat yayımlanmalıdır;

39.3.4. saat 12.00-da bir dəqiqəlik sükut elan edilməlidir".

***16:42

Azərbaycanda 26 dekabr matəm günü ilə əlaqədar televiziyaların proqramında dəyişiklik olacaq.


Demokrat.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq, Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, “Media haqqında” Qanunun tələblərinə uyğun addımlar atılacaq.

Həmçinin ictimaiyyətə əlavə məlumat veriləcəyi vurğulanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top