Rusiya xəbərdarlıq etdi: Müsəlmanlar İdarəsi fətvasını geri çəkdi

DÜNYA 28 dekabr 2024, 21:55
Rusiyada Üç bölgənin prokurorları müsəlmanlara çoxarvadlılığa qoyulan qadağanı xatırladıblar.

Demokrat.az
xəbər verir ki, Nijni Novqorod, Sverdlovsk vilayətləri və Moskva prokurorluqları Rusiya Federasiyası Baş Prokurorluğu adından çoxarvadlılığı dəstəklədiklərinə görə islami təşkilatların nümayəndələrinə xəbərdarlıq edib. 

Baş Prokurorluq çoxarvadlılığa fətva verən Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədrinə xəbərdarlıq  edib.

İdarə hesab edir ki, bu,qanunvericiliyə və ənənəvi rus mənəvi-əxlaqi dəyərlərinə ziddir.

Prokurorun xəbərdarlığından sonra Müsəlmanlar Ruhani İdarəsinin Üləmalar Şurası fətvanı geri götürüb.


Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top