Tokioda yerli ziyarətgahı təhqir edən çinliyə 8 ay həbs cəzası verildi.
Demokrat.az xəbər verir ki, çinli Tokiodakı ziyarətgahı təhqir etdiyinə görə səkkiz aylıq həbs cəzasına məhkum edilib.
29 yaşlıÇinvətəndaşı Jiang Zhuojun, Tokiodakı Yasukuni ziyarətgahında əmlaka ziyan vurub.
O, daş sütunun üzərinə sprey boya ilə “tualet” sözünü yazıb.
Çinli geniş ictimai rezonansa səbəb olan ibadət yerinə hörmətsizlik etməkdə və əmlaka ziyan vurmaqda ittiham olunub.
Məhkəmə zamanı Jiang vurğulayıb ki, onun hərəkətinəYaponiyanınFukusima-1 atom elektrik stansiyasından təmizlənmiş suyun okeana axıdılması ilə bağlı qərarı ilə razılaşmaması səbəb olub.
Əfsanə Kamal Demokrat.az

