Tramp növbəti dəfə Kanadanı ABŞ-nin ştatı olmağa çağırıb

DÜNYA 06 yanvar 2025, 22:59
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanı ölkəsinin 51-ci ştatı olmağa çağırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Tramp Kanadanın Baş naziri Castin Trüdonun Liberal Partiyasının lideri vəzifəsindən istefa verməsindən sonra bəyan edib.

Qeyd edək ki, C. Trüdo bu gün Liberal Partiyasının lideri vəzifəsindən istefa verib.

Xatırladaq ki, D.Tramp əvvəllər də bu təkliflə çıxış edib. O, sonuncu dəfə 2024-cü il dekabrın 6-da Kanadanı ABŞ-nin ştatı olmağa çağırmışdı. Respublikaçıların lideri Milad təbrikində Baş nazir Castin Trüdonu qubernator adlandırıb və öz təklifinin reallaşacağı təqdirdə kanadalılar üçün vergilərin 60 %-dən çox azaladacağını söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top