Fransada meymunçiçəyinin yeni ştamına ilk yoluxma halı aşkarlandı

DÜNYA 07 yanvar 2025, 13:12
Fransa Səhiyyə Nazirliyi ölkədə meymunçiçəyinin klade 1b adlı yeni ştammı ilə ilk yoluxma hadisəsini təsdiqləyib. 

Bu barədə "Frans-Presse” agentliyi məlumat yayıb.

"Fransa Əmək və Səhiyyə Nazirliyi Brittani bölgəsində meymunçiçəyinin klade 1b variantı ilə insanda ilk yoluxma hadisəsi haqqında məlumat alıb", deyə məlumatda qeyd edilib.

Nazirliyin məlumatına görə, ilk yoluxmuş fransız Mərkəzi Afrikaya getməyib, lakin oradan qayıdan iki nəfərlə əlaqə saxlayıb. Hazırda infeksiya mənbəyinin müəyyən edilməsi və onlarla təmasda olanların hamısının müəyyən edilməsi istiqamətində araşdırma aparılır.

Yayda Konqo Demokratik Respublikasında klade 1b ştammının yayılması baş verib. Virus titrəmə, qızdırma, səpgi və digər dəri lezyonlarına səbəb olur və dəridən dəriyə təmas yolu ilə ötürülür. Payızda meymunçiçəyinin ağır ştammına ilk yoluxma halı Böyük Britaniya, Hindistan, ABŞ, Almaniya və digər ölkələrdə qeydə alınıb. (Qaynarinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 yanvar 2025, 13:53
08 yanvar 2025, 12:52
Top