Ərdoğandan ÇAĞIRIŞ: "Hər ailədə azı 3 uşaq olmalıdır"

DÜNYA 07 yanvar 2025, 13:56
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2025-ci ili ölkədə “Ailə ili” elan edib.

Türkiyə lideri 2023-cü ildə doğum səviyyəsinin 1,51-ə enməsini “ciddi həyəcan siqnalı” və “Türkiyənin gələcəyi üçün təhlükə” adlandırıb.

Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, ailələri ən azı üç uşaq sahibi olmağa çağırıb.
 
Dövlət başçısının qərarına əsasən, yanvarın 9-da Ankarada Türkiyənin Əhali Siyasəti üzrə Ali Şurasının ilk iclası keçiriləcək.

Vitse-prezident Cevdet Yılmazın sədrliyi ilə keçiriləcək iclasda iştirakçılar ölkənin demoqrafik inkişafının vəziyyəti və perspektivlərini müzakirə edəcəklər.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlki illərdə də ailələrdə ən azı üç uşağın olması ilə bağlı çağırışlar edib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 yanvar 2025, 13:53
08 yanvar 2025, 12:52
Top