"Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman açıqlamasında bildirib ki, Sovet İttifaqının dirçəlişi 2025-ci ildə və ya yaxın bir-iki ildə mümkündür. O açıqlamasında onu da qeyd edib ki, əsrlər boyu yan-yana yaşayan xalqlardan formalaşmış və qarşılıqlı faydalı fəaliyyət formatları axtarışında olan kontinental imperiyalar hələ də mövcuddur"
Mövzu ilə bağlı Demokrat.az-a danışan siyasi şərhçi Tural İsmayılov bildirib ki, Rusiya dövlət dumasının deputatı Vassermanın açıqlaması Rusiyada bəzi ənənəvi imperialist düşüncəli adamların açıqlaması, prizması kimi dəyərləndirilməlidir:
“Əvvəla, nəzər almaq lazımdır ki, Sovet İmperiyasının artıq hansısa bir dirçəlişindən söhbət gedə bilməz. Rusiyada bəzi siyasətçilər hələ də anlamırlar ki, bugün tək qütblü dünya və yaxud da özünün ərazisini və hərbi gücünün genişliyinə görə dövlətlərin, başqa ölkələrin, müstəqil dövlətlərin qərarlarını duymadan hansısa açıqlamalar və proqnozlar vermək nə diplomatik etiket qaydalarına uyur, nə də bütövlükdə beynəlxalq hüququn prinsipləri ilə toqquşur. O baxımdan da Anatoli Vasserman və o qəbildən olan Rusiya Dövlət Dumasının bəzi deputatları bir çox hallarda ənənəvi reallıq hissləri itirdiklərini və dünya siyasətinə yanaşmalarında nə qədər bir yanlı və qeyri obyektiv olduqlarını hər dəfə nümayiş etdirirlər”.
T. İsmayılov onu da qeyd edib ki, bu tip açıqlamalar əlbəttə ki, ziyanlıdır, yersizdir və mahiyyətinə baxanda neoimperializmi genişləndirmək cəhdləridir:
“Digər bir tərəfdən, əgər Rusiyada hakim komanda qərb neoimperializminin təhdidlərindən danışırsa, Rusiya Dövlət Dumasında da hakim komandanı və yaxud da hansısa siyasi blokları təmsil edən deputatların imperializmi dirçəldəcək açıqlamalar verməsi və faktiki olaraq imperializm təbliğatı ilə məşğul olması əsla adekvat deyil. Ümumiyyətlə, Possovet ölkələri ilə Rusiyanın normal əməkdaşlıq əlaqələri var. Bir çox təşkilatlar bu gün fəaliyyət göstərir, MDB-ni Avrasiya İttifaqını misal çəkə bilərik. Yəni, bu gün postsovet ölkələri ilə bir qismini çıxmaq etibari ilə Rusiyanın normal əməkdaşlıq modelləri olduğu halda nə imperial bəyanatlar vermək və hansısa siyasi şərhçilərin bunu açıq şəkildə səsləndirməsi adekvat deyil”.
Leyla
Demokrat.az