Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum etməkdə ittiham edilən idmançılardan üçü məhkəməyə çıxarılıb.
Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, insidentdə iştirak edən kikboksçular cinayət məsuliyyətinə cəlb edilib.
Bunlar Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovdur.
Onlara qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ilkin ittiham irəli sürülüb.
Prokuror təqsirləndirilən şəxslərin hər üçünün ilkin istintaq müddətində həbsini tələb edir.
Təqdimata Xətai Rayon Məhkəməsində baxılır.
Qeyd edək ki, insidentə görə Federasiyasının I vitse-prezidenti Ramal Aslanov və Emil Hümbətov da saxlanılıb. Onlar barəsində hansı qərar veriləcəyi hələ ki, bilinmir.
Bu iş üzrə zərərçəkmiş mayor Zeynalov ötən gün saytımıza açıqlama verib. O, insidentin sifarişçisinin Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğunu deyib