Nyu-York məhkəməsi bu tarixdə Trampa hökm oxuyacaq

DÜNYA 04 yanvar 2025, 10:07
Nyu-York məhkəməsi Donald Trampın vəkillərinin rüşvət işindən imtina edilməsinə dair qaldırdığı vəsadəti rədd edib.

Demokrat.az  xəbər verir ki, hakim Xuan Merçan Donald Trampa 47-ci prezident kimi andiçmə mərasimindən on gün əvvəl, yanvarın 10-da hökm oxunacağını açıqlayıb.

Hökmə əsasən o, Trampın həbs olunmasına göstəriş verməyəcək.

Hakim əlavə edib ki, Tramp məhkəməyə şəxsən gələ və ya virtual olaraq qoşula bilər.

Xatırladaq ki, Donald Tramp 2016-cı ildə keçirilmiş prezident seçkiləri ərəfəsində aktrisa Stormi Deniyelsin susması məqsədilə rüşvət verməkdə və biznes məlumatlarını saxtalaşdırmaqda ittiham edilərək 34 maddə üzrə təqsirli bilinib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 yanvar 2025, 12:58
Top