DİN-dən saxta kirayə ev elanları ilə bağlı müraciət

KRİMİNAL 06 yanvar 2025, 13:21
Daxili İşlər Nazirliyi (DİN) saxta kirayə ev elanları ilə bağlı vətəndaşlara müraciət edib. 

Bu barədə Demokrat.az-a DİN-dən məlumat verilib. 

Bildirilib ki, son dövrlərdə bir çox vətəndaş saxta kirayə ev elanlarının qurbanı olur: 

"Bu kimi hallarla qarşılaşmamaq üçün diqqətli olun! Elanı diqqətlə yoxlayın. Təklif çox ucuz görünərsə, ehtiyatlı olun. Qanuni sənədlər tələb edin. Əvvəlcədən ödəniş etməyin. Mənzili şəxsən görmədən razılaşma bağlamayın. Sizi aldatmaq istəyənlərə qarşı tədbirli olun! Əmin olmadığınız hallarda DİN-in 102 Zəng mərkəzinə, ərazi polis orqanlarına müraciət edin. Qanuni yaşayış üçün hər zaman təhlükəsiz yoldan gedin!" 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top