Gəncə şəhərində 1987-ci il təvəllüdlü Nazilə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı sevgilisi Camala (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 24 dekabr 2023-cü ildə Gəncə şəhəri, Səfəvilər küçəsində baş verib.
Nazilə yaşadığı evdə tanışı Camal ilə görüşüb və birlikdə spirtli içki qəbul edib. Hər ikisi sərxoş vəziyyətdə olan zaman istifadəsində olan mobil telefonuna rəfiqəsi Süsənin zəng etməsi zamanı onun başqa kişi ilə danışmasından şübhələnib. Camal qısqanclıq zəminində Naziləyə qarşı nalayiq ifadələr işlədib, onu söyərək təhqir edib.
Bundan əsəbiləşən Nazilə oturduqları otaqda olan stolun üzərindəki bıçağı götürərək Camalın arxa kürək nahiyəsindən bir dəfə zərbə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Nazilənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nazilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Camal ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olublar: “Camal mənim yaşadığım evə gəlib-gedirdi. 24 dekabr 2023-cü ildə Camal mənim yaşadığım evə gəldi. Mən yemək hazırlayarkən telefonuma zəng gəldi. Mən həmin zəngi açmadım. Sonra yenə də bir neçə dəfə zəng gəldi. Camal çox əsəbi oldu, gələn zənglərə görə məni qısqandı. Buna görə bizim aramızda mübahisə yarandı. Camal mənə inanmadığına görə daha sonra gələn zəngə cavab verdim ki, yanlış düşündüyünü başa düşsün. Lakin Camal mənə inanmadı və məni söyməyə başladı. Camalın mənə nalayiq ifadələr deməsinə dözə bilmədim. Evdə stolun üzərində olan mətbəx bıçağını götürdüm və Camalın arxa kürək nahiyəsinə bir dəfə bıçaqla vurdum. Törətdiyim əməlindən səmimi peşmanam, zərərçəkmiş şəxslə barışmışam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Camalın sözlərinə görə, uzun illərdir Naziləni tanıyır: “Nazilə ilə ər-arvad kimi yaşamışıq. Nazilənin yaşadığı evə gəlib-gedirdim. Nazilənin yaşadığı evə bazarlıq etmişəm, nə lazımdırsa alaraq verirdim. 24 dekabr 2023-cü ildə yeməyə Naziləgilə getdim. Nazilə yemək hazırlayarkən onun telefonuna zəng gəldi. Zəng edənin kim olduğunu soruşarkən Süsən olduğunu dedi. Həmin vaxt biz yemək yeyirdik. Həmçinin spirtli içki də qəbul etdik. Nazilənin telefonuna bir neçə dəfə zəng gəldi. Mən qısqandığıma görə gələn zənglərlə bağlı Nazilə ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı mən Naziləni söydüm. Bu zaman Nazilə stolun üstündən götürdüyü mətbəx bıçağı ilə bir dəfə kürək nahiyəmə vurdu. Mən Nazilə ilə barışmışam, ona qarşı heç bir şikayət və tələbim yoxdur”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nazilənin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.
Fariz
Demokrat.az