Ötən gün, saat 21:30 radələrində, “BakuBus” MMC-nin istismarında olan 149 nömrəli müntəzəm marşrut xəttində sürücü ilə sərnişin arasında insident baş vermişdir.
"BakuBus"dan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılıb:
"Aparılmış araşdırma zamanı videomüşahidə görüntülərindən müəyyən olunmuşdur ki, sürücü Rəcəbov Xəyalət Azad oğlu tərəfindən qaydalar kobud şəkildə pozulmuşdur. Bu səbəbdən, əmək qanunvericiliyinə uyğun olaraq sürücünün işdən azad edilməsi barədə qərar qəbul edilmişdir.
Baş vermiş hadisəyə görə sərnişinlərdən üzr istəyir və bu kimi halların təkrarlanmaması üçün bütün zəruri addımların atılacağına Sizi əmin etmək istərdik.
Fürsətdən istifadə edərək keyfiyyət standartlarını fəaliyyət prioriteti elan edən “BakuBus”ın bundan sonra da bu kimi hallara qarşı barışmaz olacağını bir daha diqqətə çatdırır, sərnişinlərimizə müraciət edərək bu kimi hallarla qarşılaşdıqları zaman bizə məlumat vermələrini xahiş edirik".
***12:38
Bakıda avtobusda mübahisə yaşanıb.
Demokrat.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə görüntülər 149 nömrəli “Baku Bus” sərnişindaşıma avtobusunda lentə alınıb.
Belə ki, avtobus sürücüsü ilə sərnişin arasında mübahisə yaranıb.