Çin hökuməti vətəndaşlara telefon almaları üçün pul verəcək

DÜNYA 06 yanvar 2025, 00:26
Çin hökuməti vətəndaşlara smartfon və elektronika alışına görə subsidiya verəcək.

Demokrat.az BAKU.WS-ə istinadən xəbər verir ki, Çin daxili tələbatı artırmaq məqsədilə elektronika alışını stimullaşdırmaq üçün yeni subsidiya proqramına start verib. Proqram çərçivəsində vətəndaşlara köhnə cihazlarını yeni smartfonlar, planşetlər, ağıllı saatlar və digər elektronika ilə dəyişmək imkanı yaradılacaq.

Milli İnkişaf və İslahatlar Komissiyasının (NDRC) baş katib müavini Yuan Da bildirib ki, bu təşəbbüs dövlət istiqrazları hesabına maliyyələşdiriləcək.

Eyni zamanda, subsidiyaların alınması proseduru sadələşdiriləcək və maliyyə vəsaitlərinin düzgün istifadəsi üzərində nəzarət gücləndiriləcək.

Qeyd edək ki, avqust ayının sonuna qədər Çin hökuməti artıq məişət texnikası və elektromobillərin alınmasına dəstək üçün 150 milyard yuan (20,55 milyard dollar) vəsait ayırıb.

Bu tədbirlər, zəif daxili tələbat fonunda ölkənin iqtisadi dirçəlişini sürətləndirmək məqsədini daşıyır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top