Bank kartı olanlara xəbərdarlıq — Bu tarixlərdə ehtiyatlı olun!

SOSİAL 07 may 2025, 10:03
Azərbaycanda bank kartları ilə bağlı dələduzluq halları sürətlə artır. Artıq istifadəçilərə edilən saxta zənglər, SMS-lər vasitəsilə məlumatların ələ keçirilməsi geniş yayılmış fırıldaq növünə çevrilib. Bir çox vətəndaş “niyə məhz mənə zəng etdilər?”, “nömrəmi haradan tapdılar?” və ya “kartımda pul olmayanda niyə zəng etmirlər?” kimi suallarla qarşı-qarşıyadır. Dələduzların hədəfləri necə seçməsi, bank kartı sahiblərinin analizi və onların hansı üsullardan istifadə etməsi maraq obyektindədir.

Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov deyib ki, bu cür dələduzluq halları texnoloji zəiflikdən deyil, insan faktorundan qaynaqlanır:

“Dələduzlar kart məlumatlarını insanlardan könüllü şəkildə almağa çalışırlar. Ən çox istifadə olunan metodlar – saxta zənglər, fişinq mesajlar və sosial şəbəkələr üzərindən yönləndirilən zərərli linklərdir. Vətəndaşların nömrələrinin necə əldə olunması məsələsinə gəldikdə, bu, müxtəlif qanunsuz mənbələrdən sızdırılmış məlumat bazalarından, onlayn platformalara qeydiyyat zamanı icazə verilmiş paylaşımlar vasitəsilə və ya bəzi mobil tətbiqlər tərəfindən toplanaraq əldə edilə bilər. Bəzən nömrələr tamamilə təsadüfi seçilir”.

Mütəxəssis bildirib ki, əsasən, bank müştəriləri hədəf alınır:

“Bank kartlarının əvvəlcədən analiz edilməsi və ya vətəndaşın hesabında nə qədər pul olması barədə dəqiq informasiya dələduzların əlində olmur. Onlar statistik ehtimallara əsaslanaraq, məsələn, maaş və pensiya günləri və ya bayram öncəsi dövrlərdə fəallaşırlar. Kartda uzun müddət hərəkətsizlik olsa belə, bu, hədəf seçilmək ehtimalını tam aradan qaldırmır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 may 2025, 00:21
Top