Suriya ilə İsrail arasında gizli danışıqlar üzə çıxdı

DÜNYA 07 may 2025, 22:26
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrail və Suriya arasında gizli danışıqlar aparması üçün “diplomatik kanal” yaradıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, bu cür təmaslar təhlükəsizlik və kəşfiyyat məsələlərini həll etmək məqsədi daşıyır. 

Qarşılıqlı fəaliyyət üçün kanalın yaradılması üzrə işlərə Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraanın BƏƏ-yə rəsmi səfərindən bir neçə gün sonra başlanıb.

Mənbənin sözlərinə görə, hazırda səylər təhlükəsizlik və terrorla mübarizə ilə bağlı texniki məsələlərə yönəlib. 

İsrail ordusunun Suriyadakı hərəkətləri ilə bağlı məsələlər isə indiki kanaldan kənara çıxır.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top