Gürcüstan Avropa qarşısında şərtlər irəli sürdü

DÜNYA 07 may 2025, 22:42
Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkəsinin Avropa İttifaqı (Aİ) ilə münasibətlərində gözləmə rejimində olduğunu bəyan edib. 

Demokrat.az
xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Kobaxidze bildirib ki, Gürcüstan Avropadan münasibətlərin bərpası istiqamətində addımlar gözləyir.

O qeyd edib ki, Gürcüstan indi Avropa rəsmilərindən praqmatik addımlara ümid edir. 

Kobaxidzenin sözlərinə görə, hazırda Avropa demokratiyası qondarma dərin dövlətin əhəmiyyətli təsiri altındadır və Avropa bu təsirdən qurtula bilsə, Gürcüstanın Aİ ilə münasibətləri yaxşılaşacaq.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top