Kanada satılmır və satılmayacaq

DÜNYA 06 may 2025, 22:40
Kanada satılmır və heç zaman da satılmayacaq.

Demokrat.az-ın məlumatına görə, bu sözləri Kanadanın baş naziri Mark Karni Ağ evdə ABŞ Prezidenti Donald Trampla görüş zamanı ABŞ liderinin Kanadanın 51-ci ştat olması ilə bağlı istəyinə cavab olaraq deyib.

"Daşınmaz əmlak işindən də bildiyiniz kimi, satılmayan bəzi yerlər var. Kanada da satılmır, heç vaxt satılmayacaq", - Karni ABŞ Prezidentinə deyib. O xalqın da bunu istəmədiyini bildirib və əlavə edib ki, keçmişdə də olduğu kimi iki ölkə arasında tərəfdaşlıq və birgə görüləcək işlər üçün fürsət mövcuddur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top