NATO-nun 4 ölkəsi əhalinin təxliyyəsinə hazırlaşır

DÜNYA 06 may 2025, 23:14
Litva, Latviya, Estoniya və Polşa əhalinin təxliyyəsinə dair birgə Memorandum sənədi hazırlamağa başlayıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə “Delfi” portalı yazır.

Sözügedən ölkələr bu sənədi iyunda imzalamağı planlaşdırır. 

Tərəflər Memorandumda təxliyyə zamanı öz hərəkətlərini dəqiqləşdirəcək və əhalinin təşkilinə cavabdeh şəxsləri təyin edəcəklər. 

Bundan əlavə, onlar mümkün təxliyyə istiqamətlərini və sərhəd keçid məntəqələrini müəyyən edəcəklər.
 
Litvanın Daxili İşlər Nazirliyindən bildirilib ki, Memorandumun əsas məqsədi həm ölkə daxilində, həm də sərhəd evakuasiyası zamanı əhalinin təxliyyəsində regional əməkdaşlığı gücləndirməkdir.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top