Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikaaının lideri Si Tszinpin arasında danışıqlar mayın 8-də baş tutacaq.
Demokrat.az xəbər verir ki, bunu prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Uşakov deyib ki, Si Cinpinin rəsmi səfəri olduqca məhsuldar olacaq.
Mayın 4-də Kreml Si Cinpinin mayın 7-dən 10-dək Rusiyaya səfər edəcəyini açıqlayıb.
İki ölkə liderləri Moskva və Pekin arasında hərtərəfli tərəfdaşlığın inkişaf etdirilməsi, tərəflər arasında strateji qarşılıqlı fəaliyyət, həmçinin beynəlxalq və regional gündəlikdəki məsələləri müzakirə edəcəklər.
Bundan əlavə, ikitərəfli sənədlərin bütöv seriyasının imzalanması planlaşdırılır.
Əfsanə Kamal
Demokrat.az