Möhtərəm Prezident cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə operativ baxılması, obyektiv yanaşılması və bu istiqamətdə vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun dövlət siyasətini əsas tutaraq yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir.
Bu məqsədlə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinlərinin birgə iştirakı ilə səyyar qəbul keçirib.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Şorsulu kənd tam orta ümumtəhsil məktəbinin binasında keçirilən səyyar qəbulda dövlətlə vətəndaş arasındakı qarşılıqlı etimad mühitinin güclənməsi, insanları narahat edən məsələlərin həllinə həssaslıqla yanaşılması və birbaşa dialoqun inkişaf etdirilməsi üçün yerlərdə keçirilən səyyar görüşlərin önəminə toxunub.
Bildirib ki, səyyar görüşlərin keçirilməsində məqsəd yerli sakinlərin şəxsi və ümumi problemlərinin öyrənilməsi, onların həlli istiqamətində müvafiq addımların atılması, insanların həyat şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilməsidir. Bildirildi ki, istər səyyar, istər də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur. Səyyar qəbulda müxtəlif məzmunlu təklif və müraciətlərlə çıxış edən kənd sakinləri dinlənilib, onların qaldırdıqları hər bir məsələ qeydiyyata alınaraq nəzarətə götürülüb.
RİH başçısı məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verib.