Prezidentliyə namizəd ayaqlarını Avropa Birliyi bayrağına sildi

DÜNYA 06 may 2025, 23:48
Polşa prezidentliyinə namizəd Qrzeqorz Braun Katovitse şəhərində Avropa İttifaqının bayrağını cırıb və üzərində ayaqlarını silib. 

Demokrat.az
xəbər verir ki, o, "X" səhifəsində hadisənin görüntülərini paylaşıb.

Prezidentliyə namizəd parlamentari kimi Polşa dağ-mədən sənayesinin ləğvi məsələsini həll etmək məqsədi ilə Katovitse şəhərinə gəlib. 

Daha sonra Avropa İttifaqı bayrağını yerə endirərək, ayaqlarını silib. 

Həmin paylaşım sosial şəbəkələrdə "Bura Polşadır, Brüssel deyil" başlığı ilə paylaşılıb. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top