İmamoğlunun diplomu universitetin arxivindən silinib

DÜNYA 06 may 2025, 19:19
İstanbul Universiteti korrupsiya və Türkiyədə  Kürdüstan Fəhlə Partiyasına yardım ittihamı ilə həbs edilən İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunun diplomunu öz arxiv məlumat bazasından çıxarıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Universitetin məlumat bazasında onun yalnız orta məktəbi bitirmə şəhadətnaməsi haqqında məlumat qalıb. 

Türkiyə konstitusiyasına görə, prezidentliyə yalnız ali təhsil diplomu almış vətəndaşlar namizəd ola bilər. 

Sənədin silinməsi ilə əlaqədar İmamoğlu dövlət başçısı postuna namizəd kimi qeydiyyatdan keçə bilməyəcək.

Martın 23-də məhkəmənin qərarı ilə İmamoğlu həbs edilib. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top