Hindistan ordusu Kəşmirdə ağ bayraq qaldırdı — VİDEO

DÜNYA 07 may 2025, 09:32
Kəşmirdə gərginliyin pik həddə çatdığı bir vaxtda Hindistan ordusu nəzarət xəttində geri çəkilməyə məcbur olub.

Bu barədə "Daily Pakistan" nəşri məlumat yayıb.

Hindistanın Çora bölgəsindəki hərbi postunda ağ bayraq qaldırılıb.

Məlumata əsasən, Pakistan Ordusunun nəzarət xətti boyunca düşmən mövqelərinə endirdiyi intensiv zərbələr Hindistan qoşunlarını təslim siqnalı verməyə vadar edib. Ağ bayraq Çora kompleksində yerləşən postda asılıb.

Eyni zamanda, Azad Cammu və Kəşmir ərazisinə yaxın zonada keçirilən əməliyyatlar nəticəsində Hindistan ordusunun əsas döyüş güclərindən sayılan 12-ci piyada briqadası, 9-cu diviziya və 15-ci korpusun qərargahının məhv edildiyi bildirilir.

Xatırladaq ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanın mülki obyektlərinə hücumlar həyata keçirib, nəticədə azı 8 nəfər həyatını itirib, 35 nəfər isə xəsarət alıb. 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top