Mədət Quliyevin qlamur oğlundan yeni performans — FOTOLAR

MARAQLI 07 may 2025, 18:43
Bu fotoda gənc adam nə aktyor, nə incəsənət adamı deyil. O, Azərbaycanın Təhlükəsizlik Şurası katibinin müavini, Milli Qəhrəman Mədət Quliyevin oğlu Murad Qulubəylidir. Murad Qulibəyli ölkədə hansısa istedadından daha çox, elə Mədət Quliyevin oğlu kimi tanınır.

Zarafat deyil, atası Mədət Quliyev Azərbaycanın Milli Qəhrəmanıdır. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi olub, daha sonra Müdafiə Sənayesi naziri idi, ən sonda da Təhlükəsizlik Şurasının katibinin müavini vəzifəsinə təyin olundu. Yəni, respublikanın ən kritik və məsuliyyətli postlarında birbaşa rəhbər vəzifələrdə təmsil olunub Mədət Quliyev. Bu gün də həmin postlardan birini daşıyır.

Bir sözlə, Mədət Quliyev ağır kişilərdəndir, amma belə adamın belə yüngül oğlu olması da bir başqa dərddir. Təəssüf ki, oğul Murad Qulubəyli tez-tez “qlamur həyatı” ilə gündəmə gəlir. Gah qadın paltarı geyinir, gah şalvarını çıxarır, gah da bu fotodaki kimi...

Heyf o atadan ki, belə oğlu var. Ataların bir sözü var. “Fərsiz övlad əldə altıncı barmaq kimidir, kəsərsən ağrıyar, saxlarsan eybəcər göstərər”.

Görünür, Mədət Quliyev də bu cür övladı “nə kəsə bilir, nə də ata”.





Vaqif Hüseynli
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 may 2025, 10:23
Top