ABŞ Prezidenti Co Bayden Konqresin yeni demokrat üzvləri qarşısında çıxışı zamanı Rusiya lideri Vladimir Putinlə ilk görüşünün tarixini səhv salıb.
Demokrat.az xəbər verir ki, onun çıxışı C-SPAN kanalı tərəfindən canlı yayımlanıb.
“Mən Putini 47 ildən çoxdur ki, tanıyıram”, - deyə Bayden bildirib.
O, Rusiya lideri ilə prezident seçildikdən sonra andiçmədən əvvəl və ya ondan sonra görüşdüyünü xatırladığını deyib.
Bayden andiçmə mərasimi 20 yanvar 2021-ci ildə baş tutsa da, “səhvini” düzəltməyə çalışaraq, vəzifəyə gəldikdən dərhal sonra, fevralın əvvəlində görüşdüyünü deyib.
Amerika liderinin sözlərinə görə, o, Putinlə silahlara nəzarət və nüvə silahlarına dair dialoqun bərpası barədə danışmaq istəyib, lakin Rusiya lideri Rusiyanın necə dəyişdiyi haqqında danışmağa başlayıb.
Qeyd edək ki, dövlət başçıları kimi Bayden və Putin 2022-ci il fevralın 12-də telefonla, ondan əvvəl isə 2021-ci ilin sonunda şəxsən danışıblar. Bundan bir az əvvəl onlar videokonfrans vasitəsilə danışıqlar aparıblar.
Bayden və Putin arasında liderlər kimi yeganə üz-üzə görüş 2021-ci ilin iyununda Cenevrədə baş tutub.
Xatırladaq ki, Bayden Delaver ştatından olan senator kimi 1970-ci illərin sonunda bir neçə dəfə SSRİ-yə səfər edib. Halbuki həmin illərdə Putinin 30-a yaxın yaşı olub və o, DTK-nın strukturlarında xidmət edib. 1985-ci ildə isə o, Almaniya Demokratik Respublikasına göndərilib və 1990-cı illərə qədər orada qalıb.