Avopada ölümə səbəb olan virus Türkiyəyə çatdı

DÜNYA 06 yanvar 2025, 10:21
Avropanı təsir altına alan İnfluenza B virusu Türkiyəyə doğru irəliləyir.

Demokrat.az xəbər verir ki, Yeni il ərəfəsində Avropada geniş yayılmış İnfluenza B virusu Rumaniyada ölümə səbəb olub.

Xüsusilə 15 yaşdan aşağı uşaqlar və 60 yaşdan yuxarı şəxslərin yoluxduğu bu virusa Fransa və İspaniyada xeyli insan yoluxub.

Artıq həmin xəstəlik Türkiyə sərhədlərinə yaxınlaşır. 

Fransada mütəxəssislər virusun belə sürətlə yayılmasını uzun müddətdir görmədiklərini bildirir, Macarıstanda isə maska taxmaq məcburiyyəti və ziyarət qadağaları kimi sərt tədbirlər tətbiq edilib. Rumaniyada ötən həftə ərzində 4.100-dən çox yeni yoluxma qeydə alınıb, onların dördü ölümcül olub. Məktəblərin açılması ilə xəstəliyin daha da sürətlə yayılacağı proqnozlaşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top