Tibet zəlzələsində ölənlərin sayı artıb

DÜNYA 07 yanvar 2025, 20:43
Tibetdə zəlzələ nəticəsində 126 nəfər həlak olub.

Demokrat.az
xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Bakı vaxtı ilə saat 13.00-a olan məlumata görə, 126 nəfər həlak olub. Daha 188 nəfər yaralanıb.

Çinin cənub-qərbindəki Tibet Muxtar Bölgəsində 7,1 bal gücündə güclü zəlzələ baş verib.

Seysmoloqlar 49 yeraltı təkan qeydə alıblar və Everest artıq turistlər üçün bağlanıb.

Çin prezidenti Xi Jinping qurbanların sayını minimuma endirmək üçün xilasetmə əməliyyatına göstəriş verib.


Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 yanvar 2025, 17:42
Top