Çin pandemiyanı geri qaytarır?— ARAŞDIRMA

DÜNYA 07 yanvar 2025, 20:40
Çində sürətlə yayılan insan metapnevmovirusu məhdudiyyətlərin yenidən qüvvəyə minib-keçməyəcəyi sualını ağıla gətirir.

Dünya miqyasında tənəffüs xəstəlikləri arasında mühüm yer tutan bu virus Çin kimi əhalinin çox olduğu ölkələrdə səhiyyə sisteminə əlavə təzyiq yarada bilər.

Demokrat.az bu barədə TRTHABER-ə istinadən xəbər verir.

Tibbi mütəxəssislər bildirib ki, HMPV Covid-19 qədər sürətlə yayılmır və ölüm riski daha azdır.

Xüsusilə həssas qruplar üçün təhlükə yarada bilən bu virusun yayılması səhiyyə orqanları tərəfindən diqqətlə izlənilir.

Hazırda qlobal çaxnaşmaya səbəb olacaq bir vəziyyətin olmadığı və infeksiyaların idarə oluna biləcəyi proqnozlaşdırılır.

Çin CDC Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Kan Biao mətbuat konfransında 14 yaşdan kiçik uşaqlarda HMPV hallarının artdığını bildirib.

O, virusun əvvəlki illərdə də oxşar simptomlarla müşahidə edildiyini və sağlamlığa böyük təhlükə yaratmadığını bildirib.


Əfsanə Kamal
Demokrat.az


 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 yanvar 2025, 17:42
Top