NATO Baltik dənizinə hərbi dəniz qüvvələri göndərəcək

DÜNYA 07 yanvar 2025, 20:13
NATO kabelləri qorumaq üçün Baltik dənizinə 10-a qədər gəmi göndərəcək.

Demokrat.az
xəbər verir ki, bu barədə Yle xəbər agentliyi məlumat yayıb.

Şimali Atlantika Alyansı sualtı infrastrukturu qorumaq üçün Baltik dənizinə 10-a yaxın gəmi göndərəcək.

Qeyd edilir ki, ümumilikdə on gəminin olacağı gözlənilir. Onlar bu ilin aprel ayına qədər dənizdə qalacaqlar. Gəmilərin enerji və telekommunikasiya kabellərinin yaxınlığında yerləşəcəyi bildirilib.

Qeyd edək ki, NATO Estoniya-Finlandiya elektrik kabeli Est Link 2 -nin zədələnməsi ilə bağlı insidentdən sonra Baltik dənizində mövcudluğunu artırmaq niyyətindədir.

Est Link 2-də təxribat törətməkdə Rusiya şübhəli bilinir.


Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 yanvar 2025, 17:42
Top