Yunanıstanda 4 günlük matəm elan edildi

DÜNYA 06 yanvar 2025, 09:00

Yunanıstanın keçmiş Baş nazirlərindən olan Kostas Simitis 88 yaşında vəfat edib.

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, Kostas Simitisin ölümü ilə əlaqədar Yunanıstanda 4 günlük milli matəm elan edilib.

Simitis üçün elan edilən milli matəmlə əlaqədar bütün dövlət qurumlarında bayraqlar 4 gün ərzində yarıya qədər endiriləcək.

Dünyasını dəyişən 88 yaşlı Simitisin dəfn xərcləri isə dövlət büdcəsindən qarşılanacaq.

 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top