Minimum əmək haqqının artırılması cəmiyyətin müxtəlif təbəqələri arasında müzakirələrə səbəb olan mühüm iqtisadi hadisələrdən biridir. Belə hallarda ən çox diqqət çəkən məqamlardan biri digər vətəndaşların, xüsusilə də orta və aşağı gəlir qruplarına daxil olan şəxslərin əmək haqlarında artımların olub-olmayacağıdır.
Məsələ ilə bağlı iqtisadçı Pərviz Heydərov Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, minimum əmək haqqı ölkə üzrə muzdlu əməyə ödənilən aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edir:
“Hazırda 19 pillə üzrə vahid tarif cədvəli ilə maaşlar ödənilir. Onun birinci pilləsi minimum əmək haqqını təsbit edir. İndiyə qədər bu pillədəki əmək haqqı 345 manat idisə, yanvarın 1-dən bu məbləğ 400 oldu. Beləliklə, digər pillələr üzrə də əmək haqqı səviyyələri dəyişəcək. Yeni minimum əmək haqqı səviyyəsinə uyğun olaraq artıq Nazirlər Kabineti tərəfindən 19 pillə üzrə vahid tarif cədvəli təsdiq olunubdur. Büdcə təşkilatlarında yanvar ayından etibarən maaşlar həmin cədvələ əsaslanacaq. Özəl sektorda da maaşlar minimum 400 manatdan başlamalıdır. Bütünlüklə, 700 min vətəndaşımızın əmək haqlarında artım olacaq. Bu artım təhsil sistemində çalışan işçilərə, publik şəxs statusu daşıyan vətəndaşlara şamil edilməyəcək. Ona görə ki, qeyd olunan sahələrdə əmək haqqı fərqli mexanizmlə ödənilir. Həmin sahələrdə aylıq əmək haqqı 19 pillə üzrə vahid tarif cədvəl əsasında həyata keçirilmir”.
Leyla
Demokrat.az