Şəmkir rayon Düyərli kənd 2 nömrəli tam orta məktəbində şagirdlər üçün veloklub yaradılıb.
Demokrat.az xəbər verir ki, klubun məqsədi velosipeddən istifadəni artırmaq, velosiped üçün əlverişli məktəb mühiti yaratmaq və şagirdləri fiziki sağlamlığa təşviq etməkdir.
Klubda həvəsli və marağı olan şagirdlər iştirak edə bilərlər. Artıq veloklub üçün sinif təyin olunub, dizayn işlərinə başlanılıb və velokouç təyin edilib. Velokouç şagirdlərə təlimlər və seminarlar keçir.
Layihə çərçivəsində layihənin icra komandası formalaşdırılıb və vəzifə bölgüsü aparılıb. Layihənin loqosu və banneri dizayn edilib və çap edilib. “VELOKLUB” sosial şəbəkə hesabı və Google drive hesabı yaradılıb. Şəmkir təhsil sektorunda digər qalib layihələrlə birgə açılış tədbiri keçirilib. Valideynlər və şagirdləri maarifləndirmə aparmaq, layihə haqqında məlumat vermək üçün məktəbdə də açılış tədbiri keçirilib. Şagirdlər veloklub üçün ayrılmış sinifdə təlimlərə, seminar və vebinarlara başlanılıb. Bu tədbirlərdə yaxın gələcəkdə layihə çərçivəsində təşkil olunacaq veloturlarda diqqət edilməsi lazım olan təhlükəsizlik, sağlamlıq məsələlərinə toxunulub.
Xatırladırıq ki, layihə “YAŞIL DÜNYA NAMİNƏ VELOKLUB” adlanır və Təhsildə inkişaf və innovasiyalar üzrə VIII Qrant Müsabiqəsi çərçivəsində həyata keçirilir. Layihə rəhbəri Ləman Əsədzadədir.