Türkiyəli müğənni Demet Akalın Antalyadakı konserti zamanı tamaşaçılardan birinin hərəkətinə əsəbiləşərək çıxışını yarıda dayandırıb.
Demokrat.az-ın məlumatına görə, hadisə müğənninin səhnədə mahnı ifa etdiyi zaman baş verib. Tamaşaçılardan birinin davamlı olaraq onun üzünə lazer işığı tutması Akalının narazılığına səbəb olub.
Müğənni mühafizəçilərdən həmin şəxsi zaldan çıxarmalarını tələb edib. Təhlükəsizlik əməkdaşları tamaşaçını konsert zalından uzaqlaşdırdıqdan sonra Demet Akalın çıxışını davam etdirib.


