YapiKredi Müraciət Forması
Dünya Özəl

"Nvidia" rəhbəri xarici kəşfiyyatın hədəfinə çevirildi - Araşdırma başladı

Nvidia rəhbəri xarici kəşfiyyatın hədəfinə çevirildi - Araşdırma başladı

ABŞ-ın çip istehsalçısı "Nvidia" şirkəti baş icraçı direktoru (CEO) Censen Huanın xarici kəşfiyyat fəaliyyətinin hədəfinə çevrildiyi barədə yayılan məlumatlarla bağlı müstəqil araşdırmaya başlayır.

Demokrat.az xəbər verir ki, bu barədə şirkətin Direktorlar Şurasının açıqlamasında bildirilib.

Məlumata görə, araşdırma müstəqil hüquq məsləhətçilərinin dəstəyi ilə Direktorlar Şurasının müstəqil üzvlərindən ibarət komitə tərəfindən aparılacaq.

Açıqlamada ABŞ-ın milli və iqtisadi təhlükəsizliyinin, eləcə də "Nvidia"ya məxsus məxfi məlumatların qorunmasının prioritet olduğu vurğulanıb. Bununla yanaşı, şirkət rəhbərliyinin hazırda milli təhlükəsizliyin və ya korporativ məlumatların təhlükə altına düşdüyünü düşünmək üçün əsasının olmadığı qeyd edilib.

Censen Huanın araşdırmaya tam dəstək verdiyi və proseslə əməkdaşlıq etməyə hazır olduğu bildirilib. Direktorlar Şurası həmçinin Huan və onun rəhbərlik etdiyi komandaya etimadını ifadə edib.

Qeyd edək ki, "The New York Times" qəzetinin ötən həftə dərc etdiyi materialda Huanla yaxın münasibətlərinin olduğu bildirilən çinli iş adamı Elis Huangın Pekinə kəşfiyyat məqsədilə məlumat ötürdüyü iddia olunub. Məhz bu məlumatlar "Nvidia" rəhbərinin xarici kəşfiyyat fəaliyyətinin hədəfi olması ilə bağlı müzakirələrə səbəb olub.