Tolikin adından dələduzluq — VİDEO

ŞOU-BİZNES 31 dekabr 2024, 20:10
Aparıcı-prodüser Tarix Əliyevin (Tolik) adından dələduzluq edilib. 

Axşam.az xəbər verir ki, bu haqda Tolik özü məlumat yazıb. O bildirib ki, tanımadığı şəxs onun adından dostlarına yazıb, pul istəyir:

"Xatirə islam, Afət Fərmanqızı, Elit Star Cəmiləyə mənim adımdan mesaj yazır ki, Avropadayam və kartım işləmir, 100-150 manat göndərin. Belə nömrələrə inanmayın. Bakıya gələn kimi şikayət edəcəyəm, polis tapsın. Bunu araşdırmaq lazımdır".

Qeyd edək ki, bundan əvvəl Əməkdar artist Sənubər İsgəndərlinin, rəqqasə Rəna Ağamuradova (Renka), aparıcı Mətanət Əliverdiyeva, İlkin Həsəni, aktrisa Pərvin Abıyevanın da başına bənzər hadisə gəlib.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 yanvar 2025, 20:55
Top