Neymar indi də qarın ağrılarına görə məşqi buraxdı

İDMAN 03 yanvar 2025, 21:54
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun braziliyalı hücumçusu Neymar səhhətində yaranan problemlərə görə, məşqi buraxıb.

Demokrat.az xəbər verir ki, bu barədə klub “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yayıb.

Məlumata görə, Neymar qarın nahiyəsindəki ağrılara görə, məşqi buraxıb.

Qeyd edək ki, Neymar 2023-cü ilin avqustunda “Əl-Hilal” klubuna keçib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Bu mövsüm o, iki matçda iştirak edib və effektli olmayıb.

Hazırda 32 yaşlı hücumçunun transfer dəyəri 16 milyon avro qiymətləndirilir. (yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top